• Düzgün mənzil seçimində əlverişli yerləşmənin 4 ən vacib göstəricisi

    Düzgün mənzil seçimində əlverişli yerləşmənin 4 ən vacib göstəricisi

    13 İyul 2021

    Mənzil seçimi zamanı yerləşmə təkcə subyektiv deyil, kifayət qədər statik meyarlara da əsaslanır. Yeni bir ev almaq üçün yola çıxdığınız zaman yaşayış kompleksinin sizin üçün sadəcə arzuolunan deyil, həmçinin stratejik olduğuna da nəzər yetirməlisiniz. İnvestisiyaların zaman keçdikcə dəyər qazanmasına kömək edəcək cəlbedici imkanların olması, təhlükəsiz küçələrin və yaxşı ətraf ərazilərin varlığı bu meyarlara nümunədir. İndi isə əlverişli yerləşmənin 4 əsas amilini birlikdə nəzərdən keçirək.

     

    1. Evin özü

    Ev alqı-satqısının insanları təəccübləndirməyə meyilli bir cəhəti var. Deyək ki, fərqli bir qonşuluqda yan-yana duran iki ev seçiminiz var. Birinin təmirə və yeniləməyə ehtiyacı var, amma çox yaxşı yerləşmə movqeyi var. Digərinin yerləşməsi isə birinci qədər əlverişli olmadığı halda daha gözəl görünüşlü və təmirlidir. İki evin qiymətləri yaxın olduğu halda hansını seçərdiniz? Əksər hallarda təmirə ehtiyacı olan ev daha yaxşı sərmayədir.

    Səbəb: eviniz amortizasiya oluna bilir. Digər tərəfdən, daha əlverişli yerləşmə dəyərini qoruyacaq və istənilən vaxtda daha yüksək qiymətə satılacaq. Buna görə də, daha gözəl bir evə əlavə olaraq daha əlverişli yerləşməni də diqqətə almaq məqsədəuyğundur. Çox gözəl görünüşdə olmayan bir ev həmişə yenilənə bilər, dəyişdirilə bilər, lakin ətraf ərazilər dəyişdirilə bilməz.

    2. Yaxınlıqda olan məkanların əlavə etdiyi dəyər

    Yaşayış kompleksinin şəhərin əsas tranzit yollarının yaxınlığında yerləşməsi və birdən çox giriş nöqtəsinin olması üstünlükdür. İşə getmək və gəlmək bir çox insanın gününün böyük bir hissəsidir, buna görə yollara və ictimai nəqliyyata asan çıxışı olan bir ev daha arzuolunan olacaq. Görünüş də vacib amillərdən biridir; böyük ağaclar, yaxınlıqdakı parklar və ya ictimai sahələr arzuolunan amillərdəndir. Həmçinin, yaxın ətrafda mağazaların, restoranların, əyləncə-istirahət məkanlarının, tədris mərkəzlərinin olması da həm bugün, həm də gələcək planlarınız üçün vacib üstünlüklərdən sayılır.  Əlavə olaraq, möhtəşəm mənzərəsi olan və ya su hövzəsinin yaxınlığında yerləşən bir ev də daha qiymətlidir.

    Nəhayət, təhlükəsizlik amili: Güclü mühafizəsi olan, rahat və təhlükəsiz bir yaşayış kompleksi insanların çoxunun yaşamağı arzuladığı yerdir.

    3. Gələcək inkişafa meyillilik dərəcəsi

    Yaşayış kompleksinin yerləşdiyi ərazidə yalnız indi əldə olan imkanlar deyil, gələcək imkanlar da vacib göstəricilərdən hesab olunur. Yeni məktəblər, xəstəxanalar, ictimai nəqliyyat və digər vətəndaş infrastrukturu planları bölgədəki mülkiyyət dəyərlərini dramatik şəkildə artıra bilər.

    4. Mərkəzi yerləşmə amili

    Şəhərdə yaşamağı seçdiyiniz məkan, şübhəsiz ki, eviniz üçün nə qədər pul ödəməyinizə təsir edəcəkdir. Mərkəzlilik anlayışı aldığınız mənzilin ətrafdakı bütün vacib qovşaqlara nə qədər yaxın olduğunu göstərir və dəyərini əhəmiyyətli dərəcədə artırır.

    Növbəti dəfə yeni bir əmlak üçün alış-veriş edərkən bu amilləri nəzərə ala bilərsiniz.

Son xəbərlər