Daşınmaz dəyərlərimizə ehtiramla
29 December 2019
“Facility Management Group” şirkəti Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə korporativ tərəfdaşlarına təqdim etdiyi hədiyyə dəstinin konsepti ilə maraqlı layihəyə imza atıb. Belə ki, daşınmaz əmlakın idarəedilməsi üzrə ölkənin aparıcı şirkəti olan FMG hədiyyə dəstini “Daşınmaz dəyərlərimiz” konsepti altında ölkəmizin memarlıq abidələrinə həsr edib. Hədiyyə dəstinə daxil olan stolüstü təqvimin hər səhifəsində əsrlərdən bu günümüzə gəlib çatan memarlıq abidələrimizin şəkilləri əksini tapmışdır. İllik ajandanın ilk səhifələrində isə Azərbaycanda qeydiyyata alınmış dünya və ölkə əhəmiyyətli memarlıq abidələrinin siyahısı və onlar haqqında qısa məlumat verilmişdi.
Bundan əlavə “İçərişəhər” Muzey Mərkəzi ilə əməkadaşlıq çərçivəsində hər hədiyyə dəstinə Şirvanşahlar Sarayı, Qız Qalası və Xanəgah muzeyinə iki nəfərlik giriş bileti də daxil edilmişdir. FMG şirkətinin korporativ tərəfdaşları arasında müxtəlif xarici ölkə nümayəndəlikləri, əcnəbi iş adamlarının olması bu layihəyə memarlıq abidələrimizin, tarixi keçmişimizin tanıdılması və təbliğ edilməsi baxımından xüsusi önəm qazandırır.