• FMG-nin əməkdaşı beynəlxalq sertifikata layiq görülüb

    FMG-nin əməkdaşı beynəlxalq sertifikata layiq görülüb

    16 July 2019

    Ölkənin daşınmaz əmlak bazarında hər zaman öz yenilikçi standartlarını tətbiq edən və bu istiqamətdə əməkdaşlarının peşəkarlıq dərəcəsinin yüksəldilməsinə önəm verən “Facility Management Group” növbəti uğura imza atmışdır. Belə ki, şirkətin “Binaların idarə edilməsi üzrə menecer” vəzifəsində çalışan Elnur Nağdəliyev daşınmaz əmlakın idarə edilməsi sahəsində ən nüfuzlu beynəlxalq qurum hesab edilən “International Facility Management Association” (Beynəlxalq Daşınmaz Əmlakın İdarəedilməsi Assosiasiyası) təşkilatının ən sonuncu mərhələsi olan “CFM-Certified Facility Manager” sertifikasiyasını müvəffəqiyyətlə keçmişdir.  

    1980-ci ildən yaradılan IFMA dünyanın 100-dən çox ölkəsində daşınmaz əmlak sahəsi üzrə fəaliyyət göstərən 24000-dən çox peşəkarı özündə birləşdirən ən nüfuzlu beynəlxalq təşkilatdır və sertifikasiya imtahanını uğurla verən Elnur Nağdəliyev Qafqaz ölkələri arasında IFMA-nın bu dərəcəsi üzrə sertifikatını əldə edən ilk şəxs olmuşdur. Şirkətimiz adından Elnur Nağdəliyevi təbrik edir, ona gələcək fəaliyyətində daha böyük nailiyyətlərə müvəffəq olmağı arzulayırıq.

    Qeyd edək ki, Facility Management Group 400-dən artıq ofis və yaşayış binası, biznes və ticarət mərkəzi və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsini həyata keçirən aparıcı şirkətdir. “Dəyərimiz insanlarımızdır” sloqanını əsas götürən “Facility Management Group” mütəmadi olaraq əməkdaşlarının müxtəlif beynəlxalq təlim, konfrans və sərgilərdə iştirakına, onların davamlı inkişafına xüsusi diqqət ayırır və bununla ölkənin daşınmaz əmlak sektoruna innovativ standartların gətirilməsinə öz töhfəsini verməkdədir. 

Recent News