• Facility Management Group “Təmiz ölkəm” aksiyasına qoşulub.

    Facility Management Group “Təmiz ölkəm” aksiyasına qoşulub.

    01 İyul 2024

    “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Facility Management Group şirkəti “Evimizi qoruyaq” şüarı ilə təbiətin mühafizəsi məqsədilə müxtəlif layihələrin həyata keçirilməsinə start verib.

    Bu istiqamətdə Facility Management Group Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Təmiz ölkəm” aksiyasına qoşulub.

    Nazirliyin, Facility Management Group şirkətinin rəhbər heyəti və əməkdaşları, həmçinin ekokönüllülərin də iştirak etdiyi aksiyada Bilgəh qəsəbəsinin Xəzər dənizi sahilində 3 hektar ərazi tullantılardan təmizlənib. Aksiya zamanı sahil zolağından 1.2 ton tullantı yığılaraq “Təmiz Şəhər” ASC- yə təhvil verilib.

    Təmizlik aksiyasının keçirilməsində məqsəd dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaqdır.

Son xəbərlər