• FMG şirkətinin əməkdaşı Dövlət Əmək Müfəttişliyi Xidmətinin Texniki Komitəsinin üzvü seçilir

    FMG şirkətinin əməkdaşı Dövlət Əmək Müfəttişliyi Xidmətinin Texniki Komitəsinin üzvü seçilir

    01 Dekabr 2021

         Son zamanlar ölkəmizdə əməyiin təhlükəsizliyinə böyük diqqət yetirilir, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi və zəruri hüquqi bazanın formalaşdırılması istiqamətində önəmli addımlar atılır. Xüsusən də bina idarəçiliyi və istismarı sahəsində əmək təhlükəsizliyi səviyyəsinin artırılmasına, müvafiq standartların həm təkmilləşdirilməsi, həm də müasir dövrün tələblərinə cavab verən yeni standartların işlənib hazırlanmasına ehtiyac duyulur.
        Bina idarəçiliyi sahəsində aparıcı şirkət olaraq FMG şirkəti ən qabaqcıl beynəlxalq standartlarına uyğun olan əmək təhlükəsizliyinə dair prosedur və metodikaların praktiki tətbiqi ilə bu sektorun digər şirkətlərdən seçilir. FMG şirkətinin Əməliyyat Blokunun nəzdində fəaliyyət göstərən SƏTƏMM şöbəsinin meneceri Azad Əliyevin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Texniki Komitəsinin(AZSTAND/TK 21) üzvü seçilməsi bunun bariz nümunəsidir.
        SƏTƏMM sahəsinsə yüksək peşakarlıq, eləcə də bina idarəçiliyi və danışmaz əmlak sektorunda əməyin təhlükəsizliyi və yanğın təhlükəsizliyi üzrə geniş təcrübəyə malik olan mütəxəssis qismində Azad Əliyev komitənin fəaliyyətinin ilkin olaraq aşağıdakı istiqamətlərdə öz töhfəsini verəcəkdir:

    - Binaların idarəedilməsi və istismarında əməyin mühafizəsi və texniki təhlükəsizlik tələbləri;
    - Əməyin mühafizəsi üzrə riskin qiymətləndirilməsi qaydaları;
    - Hadisələrin araşdırılması, təhqiqatın aparılması üzrə qaydalar;
    - Qapalı sahədə işlər zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları;
    - Mülkiyyətçi, icarəçi və podratçıların əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə hüquq və öhdəlikləri;
    - Əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində xəbərdarlıq nişanlarının vahid standartları.

Son xəbərlər