İşin təsviri
Namizədə tələblər:
- Ali təhsil;
- Rəqəmsal marketinq sahəsində min. 2 il iş təcrübəsi;
- Azərbaycan dilini əla, İngilis və Rus dillərini yaxşı səviyyədə bilməli;
- Satış tunelinə əsasən Facebook ADS, LinkedIN ADS və Google ADS kampaniyalarının optimallaşdırılması;
- Google Analytics, Google Tag Manager, Facebook pixel alətləri ilə iş təcrübəsi;
- Daim öz üzərində çalışan və özünü inkişaf etdirməyə meyilli olması;
- Rəqəmsal marketinq sahəsində yenilikləri araşdırıb və tətbiq etmək həvəsi;
- Komandada işləmək bacarığı;
- Rəqəmsal marketinq sahəsində sertifikatların olması əlavə üstünlükdür;
- Əmlak sahəsində və ya illik minimum 50,000 manat reklam büdcəsi ilə işləmiş namizədlərə üstünlük verilir.
Vəzifələr
- Şirkətin idarəetməsində olan yaşayış kompleksləri və icarəlik obyektlər üçün rəqəmsal marketinq kampaniyalarının planlanması və onun icrası;
- Şirkətin rəqəmsal fəaliyyətinin müştəri yönümlü olması üçün daimi optimallaşdırma etmək;
- İstifadəçi davranışının təhlilinin aparılması.
Biz təklif edirik:
- Rəqabətə davamlı əmək haqqı;
- Ailə tibbi sığorta paketi;
- Əməkdaşın təlimlə təminatı;
- Mehriban kollektiv;
CV-lərinizi “Rəqəmsal marketing üzrə mütəxəssis” başlığı altında hr@fmg.az e-mail ünvanına göndərə bilərsiniz.