SƏTƏMM üzrə mütəxəssis (Təlimçi)

İşin təsviri

Vəzifə öhdəlikləri:
• Təlim ehtiyaclarını müəyyənləşdirmək;
• İllik təlim planı və təqvimi hazırlamaq;
• Davamlı təlim materiallarını yeniləmək və hazırlamaq;
• Plan və təqvimə əsasən gündəlik təlimləri keçmək;
• Keçirilmiş təlimlərin effektliliyini yoxlamaq;
• Struktur bölümlərdə vaxtaşırı təlimatlandırmaların keçirilməsi, təlimat jurnallarını yoxlamaq;
• Həftəlik, aylıq keçirilmiş təlimlər və biliklərin yoxlanılması ilə bağlı şöbə müdirinə hesabat vermək;
• İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməsi;
• İş yerində zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməsi;
• İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməsi;
• İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməsi;
• Müvafiq şöbələrin nümayəndələri ilə birlikdə binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və ventillyasiya sistemlərinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunun yoxlanılması;
• Struktur bölmələrin ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməsi;
• Təxliyyə planının hazırlanmasında iştirak edilməsi və işçilərə bu barədə təlimat keçirilməsi;
• Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
• Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
• Mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasını təşkil etmək;
• İş yerində bədbəxt hadisələrin araşdırılmasında iştirak;
• İşçilərin sağlamlığına təhlükə yarada bilən fəaliyyət növlərini müəyyən edilməsi;
• Potensial təhlükə mənbəyi olan iş metodlar, proseslər, və ya materiallar üzrə işçilərin mühafizəsinə yönəldilmiş tədbirlərə dair tövsiyələr vermək;
• İş şəraitini, avadanlıqları yerli qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etmək məqsədi ilə onları təftiş etməsi və qiymətləndirməsi. 

 

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
• Mükəmməl nitq və auditoriyanı ələ almaq qabiliyyəti;
• Təqdimat hazırlamaq və təqdimetmə bacarığı;
• Azərbaycan Respublikasının qanunvericiliyini (Əmək Məcəlləsi, Nazirlər Kabinetinin qəbul etdiyi Qərarlar, SƏTƏMM sahəsində təsdiq edilmiş AR-nin Qanunları, normativlər və standartlar, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələr) bilməli;
• Təlimçi sertifikatı olmalı;
• Yanğın təhlükəsizliyi ilə bağlı mükəmməl biliklərə sahib olmalı;
• NEBOSH IGC sertifikatı(üstünlükdür)
• IOSH Working Safely sertifikatı (üstünlükdür)
• Train the Trainers sertifikatı (üstünlükdür)
• Fövqəladə Hallar Nazirliyinin şəhadətnaməsi
• Dil və komputer bilikləri:
• Azərbaycan dili (mükəmməl);
• İngilis və Rus dilləri yaxşı;
• Microsoft Office (Word/Excel/PowerPoint);
• Tələb olunan təhsil və iş təcrübəsi;
• Ali təhsil;
• Minimum 2 il müvafiq sahədə iş təcrübəsi.

 

Hər bir namizəddən intervyu mərhələsinə mükəmməl hesab edərək hazırladıqları “Yanğın təhlükəsizliyi üzrə təlim” təqdimatı ilə gəlməsi tələb olunur. Namizədlər göndərdikləri CV-ləri təqdimatla birlikdə göndərə bilərlər.