İşin təsviri
Təsvir:
- Təhkim olunduğu layihələrin bütün mərhələlərində memarlıq üzrə layihələndirmə prosesinin idarəedilməsini təmin etmək,
- Sifarişçinin tələblərini öyrənmək, Layihə Tapşırığının dolğun və düzgün tərtib edilməsini təmin etmək,
- Layihələndirmə prosesinə müvafiq fənn (memarlıq hissəsi) üzrə nəzarət etmək,
- Tikintinin istehsalat prosesinə müvafiq fənn (memarlıq hissəsi) üzrə nəzarət etmək;
- Layihənin təhvil-təslim prosesinə müvafiq fənn (memarlıq hissəsi) üzrə nəzarət etmək;
- Layihələrin ilkin mərhələlərində detallı axtarış etmək, sahə analizləri aparmaq, ilkin dizayn yanaşmasını təmin etmək,
- Layihələndirmə məlumatlarını estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək,
- Layihələndirmə məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək,
- Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan aşağıdakı tərəflərə yaxın əməkdaşlıq etmək:
- Departament daxili və layihəyə cəlb edilmiş komanda ilə;
- Maraqlı tərəflər ilə;
- Layihəçi təşkilatlara aid layihələndirmə heyətləri ilə;
- Məsləhətçilər və eləcə də dizayn prosesinə töhfə verən bütün mütəxəssislər ilə;
- Layihələndirmə müddətlərinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq,
- Layihənin tender prosesinə texniki dəstək vermək, spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək,
- İstehsalatın müvafiq sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək,
- Tələb edildiyi halda layihənin bütün mərhələlərində texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
- Layihələndirmə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək;
Tələblər:
- Ali təhsil (memarlıq ixtisası üzrə);
- Müvafiq sahə üzrə azı 5 il (tikinti və ofis) iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili – yaxşı;
- Kompüter bilikləri: MS Office, AutoCAD; Sketch-UP / 3D qrafik proqramlar;
- Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq.