• FMG-də Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib

    FMG-də Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib

    07 Noyabr 2025

    FMG rəhbərliyi Zəfər tarixinin 5 illiyi münasibətilə 44 günlük Vətən müharibəsinin iştirakçısı olan əməkdaşlarla görüş keçirib. Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

    Daha sonra FMG şirkətinin direktoru İlham Allahverdiyev çıxış edərək Zəfər Bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsi iştirakçılarının göstərdiyi böyük cəsarət və fədakarlıqlardan danışıb.

    Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, şəhidlərimizin müqəddəs qanı, qazilərimizin qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi nəticəsində qazanılan böyük Zəfər yaddaşımızda əbədi yaşayacaq.

    Tədbir səmimi fikir mübadiləsi ilə davam edib, müharibə iştirakçılarına göstərilən diqqət və ehtiram bir daha vurğulanıb.

Son xəbərlər