Facility Management Group Vətən müharibəsi şəhidlərinin və qazilərinin birinci sinfə gedən övladlarına məktəb ləvazimatları hədiyyə edib.
09 Sentyabr 2025
Yeni tədris ili münasibətilə Facility Management Group şirkətinin kollektivi ənənəvi olaraq Vətən müharibəsi şəhidlərinin və qazilərinin birinci sinfə gedən övladları və onların ailələri ilə görüş keçirib. Görüş zamanı 30-a yaxın məktəbliyə məktəb çantaları və müxtəlif məktəb ləvazimatları hədiyyə olunub.
Bundan əlavə, uşaqlar “Zefir Mall” alış-veriş və əyləncə mərkəzində xoş vaxt keçiriblər. Şəhid və qazi övladları onlara təqdim edilən hədiyyələri sevinclə qarşılayıblar. Görüşdə iştirak edən valideynlər isə Facility Management Group-a təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Facility Management Group şirkətinin həyata keçirdiyi korporativ sosial məsuliyyət layihələri çərçivəsində şəhid ailələri və qazilərə dəstək göstərilməsi xüsusi önəm daşıyır.
Gələcəkdə Facility Management Group digər bölgələrdə də şəhid və qazi övladlarına dəstək layihələri həyata keçirməyi planlaşdırır. Bu təşəbbüslər, şirkətin yalnız biznes uğuru ilə kifayətlənmədiyini, həm də cəmiyyətin rifahına töhfə verdiyini göstərir.
Xatırladaq ki, Facility Management Group artıq səkkiz ildir ki, əmlak idarəçiliyi sahəsində fəaliyyət göstərir. Şirkət ofis və yaşayış binaları, biznes və ticarət mərkəzləri, eləcə də müxtəlif təyinatlı daşınmaz əmlakın idarə olunması sahəsində ölkənin aparıcı şirkətlərindən biri hesab olunur.