• Facility Management Group Qurban bayramını uşaqlarla birlikdə qeyd etdi

    Facility Management Group Qurban bayramını uşaqlarla birlikdə qeyd etdi

    06 İyun 2025

    Sosial məsuliyyət layihələrinə xüsusi önəm verən Facility Management Group şirkətinin rəhbərliyi və əməkdaşları Qurban bayramı münasibətilə “Ümid Yeri” uşaq sığınacağında yaşayan balaca dostlarını ziyarət ediblər.
    FMG şirkəti tərəfindən valideyn himayəsindən məhrum olan və xüsusi qayğıya möhtac uşaqlara bayram sevinci yaşatmaq məqsədilə əyləncəli tədbir təşkil olunub. Tədbir maraqlı oyunlar, rəqslər və müxtəlif hədiyyələrlə yadda qalıb. Bundan əlavə, hər bir uşağa xüsusi geyim dəstləri təqdim edilib.
    Qeyd edək ki, Facility Management Group əmlak idarəçiliyi sahəsində səkkiz ildir fəaliyyət göstərir. Ofis və yaşayış binaları, biznes və ticarət mərkəzləri, eləcə də digər müxtəlif təyinatlı daşınmaz əmlakların idarə olunmasını həyata keçirən ölkənin aparıcı şirkətlərindən biridir.

Son xəbərlər