• FMG-nin əməkdaşı beynəlxalq konfransda

    FMG-nin əməkdaşı beynəlxalq konfransda

    07 Oktyabr 2019

    “Facility Management Group” şirkəti daşınmaz əmlak sektorunda müxtəlif sahələr üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi istiqamətində uğurlarını davam etdirməkdədir. Belə ki, FMG-nin SƏTƏMM şöbəsinin müdiri Azad Əliyev 23-26 sentyabr tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən “İş yerində bədbəxt hadisələrin qarşısının alınması üzrə 10-cu beynəlxalq konfrans”da iştirak edərək “Facility Management Group” MMC-ni uğurla təmsil etmişdir.

    46 ölkənin nümayəndələrinin iştirak etdiyi konfransda SƏTƏMM sahəsi üzrə başlıca olaraq aşağıdakı mövzular müzakirə edilmişdir:


    • Rəqəmsallaşdırma;
    • Riskin qiymətləndirilməsi;
    • Peşə Sağlamlığı və Təhlükəsizliyin İdarəedilməsi Sistemləri üzrə beynəlxalq ISO 45001 standartı;
    • “Vision Zero” anlayışı;
    • SƏTƏMM sahəsində biliklərin paylaşılması və mübadiləsi;
    • Təlim və təhsil.


    Qeyd edək ki, “Dəyərimiz insanlarımızdır” sloqanını əsas götürən “Facility Management Group” mütəmadi olaraq əməkdaşlarının müxtəlif beynəlxalq təlim, konfrans və sərgilərdə iştirakına, onların davamlı inkişafına xüsusi diqqət ayırır və bununla ölkənin daşınmaz əmlak sektoruna innovativ standartların gətirilməsinə öz töhfəsini verməkdədir.

Son xəbərlər