Köçməzdən əvvəl bir ərazini araşdırmağın 5 yolu
25 Avqust 2021
Yeni bir əraziyə köçməzdən əvvəl ərazi haqqında araşdırma aparmaq vacibdir, xüsusən də burada əvvəlcə yaşamamısınızsa. Məsələn, orada ailəniz yaşasa da, iş yerinizə yaxın olsa da, ərazinin mühiti, market, məktəblər və restoranlar haqqında maraqlanmaq istəyə bilərsiniz.
Köçməzdən əvvəl yeni bir yerlə necə tanış ola bilərsiniz? Biz sizin üçün bir ev və ya mənzil alanda müqavilə imzalamazdan əvvəl mənzilin yerləşdiyi ərazini daha yaxşı tanımağın ən yaxşı yollarını araşdırdıq.
1. Dostlarınız və ailənizlə danışın
Dostlarınızdan və ailənizdən rəy almaq çox faydalı ola bilər. Nəticədə qərar verən siz olsanız da, müəyyən məhəllələrə və ya bir evin xüsusiyyətlərinə dair onların fikirlərini dinləmək, evdə yaşadıqdan sonrakı gözləntiləriniz barədə məlumat verməyə kömək edə bilər.
2. Gündəlik gedəcəyiniz yerlərdə gəzin
Potensial alıcıların satın almadan əvvəl yeni bir sahə haqqında əsl fikir formalaşdırmasının ən yaxşı yollarından biri də müxtəlif günlərdə və saatlarda qonşuluğa, gündəlik gedə biləcəyiniz yerlərə gedib gəzməkdir. Məsələn, məhəllə marketlərində alış-veriş edin, qonşuluqdakı çay/kofe evlərində oturun, istədiyiniz əmlaka yaxın bir nahar yeri seçin və mağaza sahibləri və müştəriləri ilə danışın. Evi almazdan əvvəl ən azı bir dəfə gediş-gəlişinizdən əmin olun, çünki gediş-gəliş sizə gələcəyə dair ilkin təcrübə verəcək.
3. Gələcək qonşularınızla danışın
Mümkünsə, indiki və ya əvvəlki sakinlərlə danışın, çünki bu həmişə sizdə fikir formalaşdıra bilər. Qonşular tez-tez cəmiyyət haqqında müsbət və mənfi cəhətləri bölüşməyə can atırlar və almaq istədiyiniz evlə bağlı konkret fikir bildirə bilərlər. İndiki sakinlər, məhəllə ilə bağlı suallar verdiyiniz təqdirdə, təcrübələrini asanlıqla sizinlə bölüşəcəklər. Məsələn, sakinlərdən məhəllənin hansı xüsusiyyətini və ya orada nə etməyi sevdiklərini soruşa bilərsiniz.
4. Yerli qəzetlərə və sosial mediya baxın
Ənənəvi və ya rəqəmsal qəzetlərin çox vaxt böyük fikir mənbəyi olduğu məlumdur. Həmçinin, sosial media vasitələrindən yararlanın. Ərazidəki çay/kofe evlərini, mağazaları və digər məkanları sosial mediada izləməklə siz orada yaşayanlardan ərazidə baş verənləri daima öyrənə bilərsiniz. Bu üsul müştəri üçün reklamlardan daha faydalı ola bilər.
5. Qısa müddət kirayə yaşayın
Yaxınlıqda qısamüddətli kirayə götürmək ərazini anlamağa kömək edə bilər. Gündəlik gedəcəyiniz yerləri araşdırmaq və yaşamaq üçün üstünlük verdiyiniz ərazidə bir-iki ay qısamüddətli kirayədə qalın. Çünki, çox vaxt bir ərazi müəyyən saatlardan sonra dəyişir və bu, məhəllədəki müxtəlif mühiti görməyə imkan verir.