Obyektlərin idarə edilməsinin 4 əsas növü
17 Aprel 2023
“Facility management” olaraq xarakterizə olunan şirkətlərin müxtəlifliyi və spesifikasiyası əsasən dörd növ fəaliyyət istiqaməti üzrə fərqlənir.
ISO 41011:2017 standartı ilə müəyyən edildiyi kimi, “Obyektlərin İdarə edilməsi insanların həyat keyfiyyətini və əsasən biznesin məhsuldarlığını yaxşılaşdırmaq məqsədi ilə obyekt daxilində insanları, məkanları və prosesləri birləşdirən təşkilati funksiyadır”.
Günümüzdə Obyektlərin İdarə Edilməsi (FM) sahəsi sürətlə inkişaf edir: insanların mümkün qədər məhsuldar olması üçün onlar qonaqpərvər, səmərəli və hər şeydən əvvəl təhlükəsiz mühitlərdə işləməlidirlər.
Bəs Obyekt İdarəetmə növləri hansılardır? Bu yazıda biz 4 əsas növü təhlil edəcəyik!
Facility Management – burada daşınmaz əmlak obyektlərinin infrastrukturunun idarə edilməsi, binanın daxili mühitində funksionallığın və həyat fəaliyyətinin təmin edilməsi və yaxşılaşdırılması nəzərdə tutulur.
Building Management – “facility management”in tərkib hissəsi kimi adətən inşaat mərhələsindən başlayaraq müəyyən bir binanın idarə etməyə alınması daxil bütün mərhələləri özündə birləşdirir.
Property Management – mülkiyyətin idarəedilməsinin ikinci tərəfə etibar edilməsini nəzərdə tutur və daşınmaz əmlak obyektinin texniki istismarının təşkili ilə yanaşı özündə icarə satışlarının idarə olunmasını da birləşdirir.
Asset Management – bütün aktivlərin idarə edilməsi, investisiya analizləri, kreditləşmə, daşınmaz əmlak obyektinin təyinatının müəyyənləşdirilməsini və s. özündə birləşdirir.
Gördüyümüz kimi, obyekt menecerinin yerinə yetirməli olduğu vəzifələr və hərəkətlər çoxsaylıdır və müxtəlif xidmət sahələrini əhatə edir. Daşınmaz əmlakın idarəedilməsi xidmətlərinə əsasən aşağıdakılar daxildir:
• İnzibati idarəetmə
• Texniki qurğulara nəzarət
• Müştəri xidmətləri
• Yanğın təhlükəsizliyi xidmətləri
• İnformasiya texnologiyaları: quraşdırma və nəzarət
• Mühafizə və kamera müşahidəsi
• Yaşıllıq ərazilərinə qulluq
• Avtodayanacaq xidmətləri
• Təmizlik işləri