
SƏTƏMM və ya HSE nədir?
12 İyul 2023
S – Sağlamlıq (Health)
ƏT – Əməyin təhlükəsizliyi (Safety)
ƏMM – Ətraf Mühitin mühafizəsi (Environment)
Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit (SƏTƏMM) nə deməkdir?
Sağlamlıq, təhlükəsizlik və ətraf mühit (SƏTƏMM) ətraf mühitin mühafizəsi ilə yanaşı, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsinə və qorunmasına cavabdeh olan şirkət daxilindəki filial və ya şöbəyə aiddir. Sağlamlıq, təhlükəsizlik və ətraf mühit (SƏTƏM) tez-tez ətraf mühitin sağlamlığı və təhlükəsizliyi (EHS) və ya təhlükəsizlik, sağlamlıq və ətraf mühit (SHE) kimi də adlandırılır.
Sağlamlıq, təhlükəsizlik və ətraf mühit departamentləri ümumiyyətlə iki məqsədə cavabdehdirlər:
• Anormal iş şəraitindən yarana biləcək bütün hadisələrin və qəzaların qarşısının alınması
• Normal iş şəraitindən yarana biləcək mənfi təsirlərin azaldılması
İş mühitində yanğın, partlayışlar və zərərli maddələrlə mübarizə birinci məqsədə misaldır. Şirkətin karbon qazı və onun ətraf mühitə təsirini azaltmaq ikinci məqsədə nümunə sayıla bilər. Hər iki məqsəddə tənzimləyici tələblərin şirkətin yazılı siyasətlərinə daxil edilməsi, dövlət və federal qaydalara uyğun olaraq şirkətin ehtiyaclarına xidmət edən tədbirlərin işlənib hazırlanmasında mühüm rol oynayır.
Hər bir kəs fövqəladə hallar zamanı idarəetmə prinsipinə uyğun hərəkət etməli, “SƏTƏMM” – in əhəmiyyətini, ”SƏTƏMM” İdarəetmə Sisteminin elementlərini, beynəlxalq və yerli qanunvericiliyin tələblərini, işəgötürənin və işçilərin SƏTƏMM – dair öhdəliklərini bilməlidir. Bu halda heç kim nə öz həyatını təhlükəyə atmaz, nə də ətrafdakılara ziyan vura bilməz.
SƏTƏMM sahəsində çalışan bütün işcilər və tələbələr iş yerlərində və təcrübə ərazisində təhlükəsizlik prinsiplərinə əməl etməlidirlər. Onlar özlərinin və ətrafdakıların daha az risklə üzləşməsi üçün təlqin olunan bilik və bacarıqlara yiyələnməli və çalışdıqları, təhsil aldıqları, təcrübə keçdikləri ərazidə özlərinin və ətrafdakılarının təhlükəsizliklərini sığortalamalıdırlar. Ümumiyyətlə hər kəs ayıq olmalı, çalışdıqları, təhsil aldıqları, təcrübə keçdikləri ərazidə, yolda və s. yerlərdə diqqətsizliyə yol verməməlidir.