“Çinar Plaza” da üçüncü vertikal qaçış yarışması keçirilib
04 Dekabr 2024
Facility Management Group şirkətinin baş dəstəyi ilə «Çinar Plaza»da SKYWIND seriyasının üçüncü vertikal qaçış yarışması keçirilib.
Yarış «Triterra» klubu tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilib. İştirakçılar hündürlüyü 122 metr olan, 667 pillədən ibarət məsafəni qət ediblər.
Yarışda təxminən 70 idmançı iştirak edib, həmçinin gənclər və idman naziri Fərid Qayıbov da iştirakçılara dəstək göstərib.
Yarış “Everestini fəth et!” şüarı altında keçirilib.
Qeyd edək ki, vertikal qaçış yarışları dünya miqyasında getdikcə daha çox populyarlaşır və adətən dünyanın ən yüksək binalarında keçirilir.