
FMG Şuşa şəhərində keçirilən əmək yarmarkasında iştirak etdi.
07 Aprel 2025
Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Şuşa şəhərində FMG (Facility Management Group) şirkəti üçün əmək yarmarkası keçirilib.
FMG-nin İR departamentinin əməkdaşları 30-dan artıq namizədlə görüşüb, 12 əməkdaşın işə qəbulu üçün razılaşma olub.
Qeyd edək ki, əmək yarmarkasında FMG tərəfindən təhlükəzislik üzrə qrup rəhbəri, bağban, komendant, elektrik və.s. işlər üzrə vakansiyalar təqdim olunub.
Əmək yarmarkasında iştirak edən namizədlər işğaldan azad edilmiş torpaqlarda Böyük Qayıdış proqramı əsasında köç etmiş vətəndaşlardır.