• Çoxdan gözlənilən yaşayış kompleksi istifadəyə verilir

    Çoxdan gözlənilən yaşayış kompleksi istifadəyə verilir

    02 Aprel 2020

    Son illərdə daşınmaz əmlak bazarında dəniz mənzərəli yaşayış binalarına olan tələbat artmaqdadır. Bunu həm yeni inşa edilən komplekslərin yerləşmə mövqeyinin seçilməsinə, həm də dəniz mənzərəli mənzillərə olan marağın digərlərinə nisbətən daha çox olduğuna əsasən demək mümkündür. Böyük marağın olduğu bu tip yaşayış komplekslərindən biri yaxın aylarda Bakının ən hündür və mənzərəli yerində istifadəyə veriləcək.

    Paytaxtın ikonasına çevrilən Alov Qüllələri ilə üzbəüz, Dağüstü parkın yaxınlığında öz möhtəşəmliyi ilə ucalan “Hillside Residence” yaşayış kompleksi həm unikal yerləşmə mövqeyi, həm də ecazkar dəniz və şəhər mənzərəsi ilə seçilir. Kompleksin yerləşmə mövqeyi şəhərin müxtəlif hissələrinə rahat çıxış imkanı verməklə bərabər, mühüm dövlət obyektləri, Şəlalə parkı, “Yaşıl teatr” kimi əyləncə və istirahət məkanlarına yaxınlığı ilə də fərqlənir.

    Hillside Residence Baku view to the Fairmont Hotel

    “Hillside Residence” yaşayış kompleksində inşaat işləri müasir və keyfiyyətli tikinti texnologiyalarından istifadə olunmaqla aparılıb. Tikinti işlərinin son mərhələsinin aparıldığı binaların fasadında daş yunu izolyasiyası tətbiq edilmiş, mənzillər alüminium pəncərə və Avropa istehsallı qapılarla təchiz edilmiş, bloklarda Koreya istehsalı olan sürətli və səssiz “ThyssenKrupp” liftləri quraşdırılmışdır.

    Eyvanlarından Bakı buxtasına və şəhərin böyük bir hissəsinə gözəl panorama açılan kompleksdə 24/7 mühafizə, iki mərtəbəli yeraltı parkinq, uşaq-oyun meydançası, geniş və işıqlı lobbi, sürücü otağı, toplantı otaqları, fitnes, yoqa, pilates kimi xidmətlər sakinlərin istifadəsində olacaq. On bir mərtəbəli binaların ilk mərtəbəsində sakinlərin və qonaqların rahatlığı üçün geniş lobbi nəzərdə tutulmuşdur. Sakinlərin istək və tələbatları nəzərə alınaraq kompleksdə müxtəlif sahəli üç, dörd otaqlı və dupleks mənzillər satışa çıxarılmışdır. 2020-ci ilin ilk aylarında bütünlüklə sakinlərin istifadəsinə veriləcək “Hillside Residence” yaşayış kompleksinin idarəedilməsi “Facility Management Group” şirkəti tərəfindən yerinə yetiriləcək.

    Qeyd edək ki, “Facility Management Group” ofis və yaşayış binaları, biznes və ticarət mərkəzləri və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsini həyata keçirən aparıcı şirkətdir. Şirkət binaların idarəedilməsi, icarəsi, satışı, bazar analizi, binaların biznes təyinatı üzrə ixtisaslaşıb.

     

     

     

     

     

     

Son xəbərlər