• Dalğa Plazada qanvermə aksiyası keçirilmişdir

    Dalğa Plazada qanvermə aksiyası keçirilmişdir

    22 Noyabr 2019

    Facility Management Group və Azərbaycan Talassemiya Federasiyasının birgə təşkilatçılığı ilə “Dalğa Plaza” biznes mərkəzində qanvermə aksiyası baş tutmuşdur. Qanvermə aksiyasında həm biznes mərkəzində fəaliyyət göstərən onlarla şirkət nümayəndələri, həm də mərkəzin idarəetmə və texniki heyət əməkdaşları iştirak etmişdir.


    Korporativ sosial məsuliyyət layihələrini hər zaman diqqətdə saxlayan “Facility Management Group”un Talassemiya Federasiyası ilə əməkdaşlığı çərçivəsində şirkətinin idarəetməsi altında olan digər biznes mərkəzlərində də qanvermə aksiyalarının keçirilməsi nəzərdə tutulur.

     

     

     

Son xəbərlər