“Facility Management Group” şirkətinin “Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik Qaydaları haqqında təlim kursunun tədris metodikası” FHN tərəfindən razılaşdırılıb.
27 İyul 2022
“Facility Management Group” şirkətinin “Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik Qaydaları haqqında təlim kursunun tədris metodikası” FHN tərəfindən razılaşdırılıb.
“Facility Management Group” şirkəti böyük bir uğura imza atmışdır. Şirkətimizin SƏTƏMM Komandası tərəfindən hazırlanan “Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik Qaydaları haqqında təlim kursunun tədris metodikası” Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsı və Dağ-mədən Nəzarəti Dövlət Agentliyindən müsbət rəy alaraq rəsmi qaydada razılaşdırılmışdır.
Vurğulamaq istərdik ki, bu sənəd ölkəmizdəki əsas biznes istiqaməti təlim fəaliyyəti olmayan şirkətlər arasında FHN ilə rəsmi razılaşdırılmış ilk və tək təlim metodikası sənədidir. Əldə edilən bu uğur şirkətdə SƏTƏMM istiqamətinin professional tərzdə formalaşmasının əyani sübutudur.
İnnovativ və rəqabətcil biznes mühitində risklərin idarəedilməsi baxımından SƏTƏMM biliklərinin artırılması və şirkət daxilində SƏTƏMM mədəniyyətinin yüksəldilməsi əhəmiyyətli dərəcədə zəruridir. Bu tədris metodikası əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və texniki təhlükəsizlik üzrə işçilərin biliklərinin artılırılmasına, onların sağlam və təhlükəsiz şəkildə işləməsinə şərait yaradacaqdır.
Qeyd edək ki, “Facility Management Group” ofis və yaşayış binaları, biznes və ticarət mərkəzləri və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsini həyata keçirən aparıcı şirkətdir. Şirkət binaların idarəedilməsi, icarəsi, satışı, bazar analizi, binaların biznes təyinatı üzrə ixtisaslaşıb.