
Facility Management Group və Dünya Ticarət Mərkəzləri Assosiasiyasının Polşa nümayəndəliyi arasında görüş keçirilib.
27 May 2024
Facility Management Group şirkətinin Baş direktoru Dünya Ticarət Mərkəzləri Assosiasiyasının (WTCA) üzvü, Polşa Ticarət Mərkəzi Assosiasiyasının sədri ilə görüşüb.
Görüş zamanı FMG-nin Baş direktoru İlham Allahverdiyev son illər ərzində həyata keçirilən layihələrlə bağlı ətraflı məlumat verib.
Dünya Ticarət Mərkəzləri Assosiasiyasının Polşa nümayəndəliyinin sədri Jacques Tourel Azərbaycanla bağlı xoş təəssüratlarını bölüşərək, ölkəmizdə aparılan infrastruktur layihələrini yaxından izlədiklərini bildirib.
Görüşdə, ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə olunub.
Qeyd edək ki, Dünya Ticarət Mərkəzləri Assosiasiyası 1968-ci ildə Nyu-York şəhərində Dünya Ticarət Mərkəzi yanında yaradılıb. Bu qurum beynəlxalq ticarətin genişləndirilməsi üçün Dünya Ticarət Mərkəzlərinin (WTC) yaradılması və effektiv fəaliyyətini nəzərdə tutan qeyri-kommersiya, qeyri-siyasi bir birlikdir.