"IronWinD 113" Triatlonunda Fərdi və Estafet Qalibləri Təltif Edildi.
28 May 2024
Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Feferasiyası, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Triterra Baku Triatlon klubunun təşkilatçılığı ilə Pirallahıda “IronWinD 113”-Cənubi Qafqazda növbəti, ən uzun triatlon yarışı keçirildi. Turnirdə Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Rusiya, Belarusiya, Böyük Britaniya , BƏƏ, Ukrayna, İrlandiya, Gürcüstan kimi ölkələrdən ümumilikdə 200 idmançı gücünü sınadı.
Yarışçılar 1,9 km üzüb, 90 km velosiped sürüb, 21,1 km qaçdılar.
Turnirə həm fərdi, həm də estafet (komanda) şəklində qatılanlar var idi.
FMG-nin də sponsorluq etdiyi turnirin qaliblərinə medalları Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə və Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev təqdim etdilər.