• “Vurğun Residence” premium yaşayış kompleksində mənzillərin açarları sahiblərinə təhvil verildi

    “Vurğun Residence” premium yaşayış kompleksində mənzillərin açarları sahiblərinə təhvil verildi

    25 Aprel 2017

    Yerləşməsi, memarlıq işləməsi və təqdim etdiyi üstünlüklərlə inşa edilən “Vurğun Residence” fərqli mənzil seçim imkanları, sosial sahələri, yüksək investisiya dəyərləri və geniş sahəli yaşıl əraziləri ilə diqqət çəkməkdədir. Bakı şəhərinin ən fərqli layihəsi hesab olunan “Vurğun Residence” yaşayış kompleksi inşaasında tutduğu keyfiyyət dəyərləri ilə müştərilərinə verdiyi vədi yerinə yetirərək proyektin tamamlanmasına qısa müddət qalmış mənzilləri sahiblərinə təhvil verdi.

     

    4 blokdan ibarət 18 mərtəbəli “Vurğun Residence” premium yaşayış kompleksi şəhərin ən seçilən və möhtəşəm layihələrindən birinə çevrilmişdir. Şəhərin düz mərkəzində yerləşən “Vurğun Residence” 194 ədəd mənzil, 221 yerlik avtodayanacağı, fitnes zalı, hovuz, voleybol və futbol meydançaları, uşaq bağçası, məktəbəqədər tədris mərkəzi, daxili həyətyanı sahəsi, ofis və iaşə obyektləri ilə 2017-ci ilin ən seçilən layihəsinə adını qazanmışdır.

     

     

    Yaxınlıqda “28 May” və “Nizami” metrostansiyaları, Zabitlər bağı, Bakı Dövlət Sirki, təhsil mərkəzləri, şəhər klinik xəstəxanaları, Türkiyə və Rusiya respublikalarının səfirlikləri, müxtəlif alış-veriş mərkəzləri və məscidin yerləşməsi bu zonaya prestij əlavə etməklə yanaşı, sakinlərin rahatlığına rahatlıq qatmaqdadır. Mənzil içindən sosial sahələrə kimi tam bir yaşam konsepti təqdim edən “Vurğun Residence” yüksək keyfiyyətli tikinti materialları, müasir inşaat texnologiyası və modern görünüşü özündə birləşdirir.

    Təmin etdikləri asanlıq və imkanlar ilə hər zaman müştəri yönümlü olduğunu vurğulayan “Vurğun Residence” “PAŞA Bank” tərəfindən ilkin ödəniş 10% olmaqla ipoteka ilə mənzil əldə etmək fürsətini təqdim edir. Təklif olunan ipoteka “PAŞA Bank” tərəfindən manatla təqdim olunur və uyğun faiz dərəcələri ilə yanaşı, 20 illik (240 aya çatan) ipoteka imkanları ilə gələcəyə olan sərmayənizin gücləndirilməsində əsaslı bir zəmanət yaratmaqdadır.

    Qeyd edək ki, “Vurğun Residence” yaşayış kompleksinin idarə edilməsi “Facility Management Group” MMC tərəfindən həyata keçirilir. “FMG” daşınmaz əmlakın (kommersiya və yaşayış) idarə olunmasında ixtisaslaşmış şirkətdir. Şirkət daşınmaz əmlak sektorunda bazar analizi, binaların biznes təyinatı, idarə olunması, satışı və icarəsi kimi xidmətlər göstərir.

Son xəbərlər