• “Facility Management Group” MMC “Gələcəyini Qur!” layihəsinin sponsoru oldu

    “Facility Management Group” MMC “Gələcəyini Qur!” layihəsinin sponsoru oldu

    30 Yanvar 2019

    Hər zaman korporativ sosial məsuliyyət tədbirlərinə önəm verən FMG bu istiqamətdə növbəti uğurlu layihəyə imza atmışdır. Layihə barədə məlumat verən “Facility Management Group” MMC-nin direktoru Kamran Məmmədov: “Gələcəyini Qur!” Gəncliyə Dəstək layihəsi və onun gənclərin inkişafına verdiyi töhfə ilə tanış olandan sonra biz də bu xeyirxah və vacib işə dəstək vermək qərarına gəldik. İnanırıq ki, şirkətimizin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində dəstəklənən bu layihə bir çox istedadlı gənclərə nəinki özləri üçün, həm də ölkəmiz üçün daha yaxşı gələcək qurmaqda kömək edəcək.

    ”Layihənin rəhbəri Bəhruz Hidayətzadənin sözlərinə görə, “Facility Management Group” şirkətinin dəstəyi layihənin məzunları ilə işi gücləndirməyə imkan verəcək, bu istiqamətdə fəaliyyətin daha keyfiyyətli və sistemli icrasına köməklik edəcəkdir.”

    “Facility Management Group” MMC daşınmaz əmlakın (kommersiya və yaşayış) idarə olunmasında ixtisaslaşmış şirkətdir. Şirkət daşınmaz əmlak sektorunda bazar analizi, binaların biznes təyinatı, idarə olunması, satışı və icarəsi kimi xidmətlər göstərir.

    “Gələcəyini Qur!” Gəncliyə Dəstək layihəsinə 2014-cü ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil idarəsi və müxtəlif şirkətlərin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində həyata keçirilir. Layihənin 4 illik fəaliyyəti ərzində 500-ə yaxın gənc tələbə adını qazanmışdır.

Son xəbərlər