• “Təbriz Evləri” yaşayış binasında tam infrastrukturlu mənzillər təqdim edir

    “Təbriz Evləri” yaşayış binasında tam infrastrukturlu mənzillər təqdim edir

    04 Yanvar 2018

    “PMD Group” şirkəti ərsəyə gətirdiyi layihələr və göstərdiyi yüksək xidmətlərlə daim inşaat sektorunda etibarlı və keyfiyyətli yanaşma mövqeyini qorumaqdadır. Şirkətin imzası ilə başa çatdırılmış növbəti uğurlu lahiyə “Təbriz Evləri” yaşayış binasında mənzil satışına start verilib. Nərimanov rayonu, Təbriz küçəsi 67 ünvanında inşa edilmiş “Təbriz Evləri” binası “Nərimanov”, “28 May” və “Gənclik” metrostansiyalarından 10 dəqiqəlik məsafədə yerləşməklə bərabər, sakinlərin bütün infrastruktur tələblərini qarşılayacaq şəkildə planlanmışdır. İki blokdan və 16 mərtəbədən ibarət, şəhər və dəniz mənzərəli “Təbriz Evləri” lahiyəsi sakinlərinə çıxarışlı mənzillər təqdim etməklə yanaşı, təbii qaz, mərkəzləşdirilmiş isitmə, vahid idarəetmə xidmətini təmin etməklə alıcılarının diqqətini çəkməkdədir. Müasir standartlara cavab verən xidmətlərlə təchiz olunmuş “Təbriz Evləri” həyatınıza və gələcəyinizə dəyər qatmaqla bərabər, investisiya imkanını təmin edir.

    Qeyd edək ki, “Təbriz Evləri” yaşayış binasının idarə edilməsi “Facility Management Group” MMC tərəfindən həyata keçirilir. “FMG” daşınmaz əmlakın (kommersiya və yaşayış) idarə olunmasında ixtisaslaşmış şirkətdir. Şirkət daşınmaz əmlak sektorunda bazar analizi, binaların biznes təyinatı, idarə olunması, satışı və icarəsi kimi xidmətlər göstərir.

Son xəbərlər